Cəmiyyətİdman

Formula 2-də qalmaqal: Bakıda sürücülərə şok cəza

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinin sprint yarışından sonra iki pilota cəza verilib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Formula 2″nin rəsmi saytı məlumat yayıb.

“Trident” komandasından Laurens van Hoepen 2-ci döngədə baş verən qəzada günahkar sayılıb. O, bugünkü əsas yarışda 10 saniyəlik vaxt cəzası alıb və mübarizəyə 17-ci pillədə qoşulacaq.

Digər sürücü Kuş Maini (“Dams Lukas Oil”) isə Amauri Kordellə (“Rodin Motorsport”) toqquşmaya görə məsuliyyətli bilinib. Beş saniyəlik cəza ilə üzləşən Maini üç pillə geriləyərək əsas yarışa 19-cu sırada başlayacaq.

Qeyd edək ki, “Formula 2″də əsas yarışa bu gün saat 11:00-da start veriləcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda məktəbdə meyit tapıldı

admin

Kamran Əsədovdan ŞOK ittiham: İmtahanda saxtakarlıq – müəllimlərə cavab ötürülür…

redaktor

“Anar dedi ki, “Arşın mal alan”a sən çəkilsən film batacaq”

redaktor