19 C
Bakı
26 Sentyabr 2025 02:04
Cəmiyyətİdman

Formula 2-də qalmaqal: Bakıda sürücülərə şok cəza

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinin sprint yarışından sonra iki pilota cəza verilib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Formula 2″nin rəsmi saytı məlumat yayıb.

“Trident” komandasından Laurens van Hoepen 2-ci döngədə baş verən qəzada günahkar sayılıb. O, bugünkü əsas yarışda 10 saniyəlik vaxt cəzası alıb və mübarizəyə 17-ci pillədə qoşulacaq.

Digər sürücü Kuş Maini (“Dams Lukas Oil”) isə Amauri Kordellə (“Rodin Motorsport”) toqquşmaya görə məsuliyyətli bilinib. Beş saniyəlik cəza ilə üzləşən Maini üç pillə geriləyərək əsas yarışa 19-cu sırada başlayacaq.

Qeyd edək ki, “Formula 2″də əsas yarışa bu gün saat 11:00-da start veriləcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

Danışıqlar yekunlaşır, Juninyo “Sevilya”ya keçir – Transferin vaxtı

admin

Premyer Liqa: IX tura yekun vurulacaq

admin

Nazirlik şəhid ailəsinin bir qardaşını işə düzəltdi, digər qardaşın isə sosialını kəsdi – VİDEO

redaktor