DünyaSiyasət

Fələstini tanımaq planı ilə razı deyiləm – Tramp

Böyük Britaniyanın Fələstini tanımaq planı ilə razı deyiləm və bu mövzuda baş nazirlə (Britaniya Baş naziri Keir Starmer – red.) fikir ayrılığı yaşayırıq.

Tacxeber.com xəbər verir ki,bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bu məsələdə baş nazir ilə fikir ayrılığımız var. Əslində, bu bizim azsaylı fikir ayrılıqlarımızdan biridir”, – Tramp bildirib.

ABŞ prezidenti HƏMAS tərəfindən girov saxlanılan insanların azad olunmasının prioritet olduğunu vurğulayıb:

“Girovlar dərhal geri qaytarılmalıdır. İsrail xalqı da bunu istəyir”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyandan Ərdoğanın açıqlamasına reaksiya – “Dəhliz bizdən keçməsə…”

admin

Böyük Britaniyadan Ukraynaya 2,5 milyardlıq hərbi dəstək

redaktor

İran müdafiə nazirinin sabiq müavini edama məhkum edilib

redaktor