Düz 10 il öncə, 2015 ci ilin bu günündə siyasi sığınacaq üçün müraciət etdim. Bu 10 il ərzində öyrəndiklərimi sizinlə burda paylaşıram.
1. Ölkədən çıxmaq imkanınız varsa, çıxın. İndi qəhrəmanlıq etmənin, təəssüflər olsun ki, mənası yoxdu. Həbsə düşmənin yeganə mənası 1-2 günlük gündəm olmaqdı. Bu yolnan xalq təşkilatlanmaz.
2. Xaricə gəldiyinizdə, sosial şəbəkədən hakimiyyəti tənqid etməyi sadəcə azad söz haqqı kimi istifadə edin. Yəni, nə iləsə razılaşmırsızsa, fikrinizi açıq bildirin. Bunu həyatınızın məqsədinə çevirməyin. Xaricdən hakimiyyəti tənqid etməklə də xalq təşkilatlanmır. Bunu hakimiyyətə qarşı mübarizə kimi anlasaz və həyatınızı buna sərf etsəz, yaşadığınız ölkədə inteqrasiya edə bilməzsiz, sonda ya dələduz olarsız, ya da tənqid etdiyiniz hakimiyyətin “qucağında” oturacaqsız.
3. Əsas prioritet kimi, gələcək karyeranızı müəyyən edən. Bunun üçün çalışın. Maddi olaraq azad olun. Güclü mütəxəssisə çevrilin. 2015-ci ildə siyasi siğinacağa müraciət edəndən 3 il sonra bu reallığı anladım. Bu 3 il ərzində siyasi məhbus ailələri üçün 100 min azn pul topladıq, kütləvi itaətsizlik aksiyalarının mümkünlüyünə bir çoxlarını inandıra bildik. Aksiyalarımız sürətlə böyüyərək, təsadüfi çəkilən kino kadrlarında belə simvolları görmək oldu. Bütün bu proseslərin 90%nin yükü mənim çiynimdə idi. Fiziki olaraq bu yükün altından çıxa bilmirdim. Əlavə də olaraq, gələcəyimi, maddi azadlığımı, karyeramı qurban verirdim.
4. 2018 ci ildən karyeramı prioriterə çevirərək, 4 il oxudum. Yeni bir ixtisası 0-dan öyrənərək, data analistə çevrildim. Hal hazırda Samsung SDS-də data analyst olaraq çalışıram. Maddi azadlığımı tam təmin etdim. Sizə də bunu məsləhət görürəm. Avropada istənilən ixtisasa sahib ola bilərsiz. Bu yolda nəsə köməyə ehtiyyac olarsa, çəkinməyin.
5. Bu xalqa mübarizə üçün 2 şey lazımdır: güclü mütəxəssis və çoxlu pul. Karyeranızı prioritetə çevirməklə bu 2-sindən birinə nail olsaz, bilin ki, ən doğru mübarizəni siz aparırsız.