DünyaSiyasət

Bu prosesi dayandırmaq İsraildəki siyasi hakimiyyətin məğlubiyyəti deməkdir.

İllər ərzində İsrail Həması bəsləyirdi. Həmasa gələn maddi resurslara göz yumurdu və bu resursları öz nəzarətində olan məntəqələrdən rahat keçirirdi. Həmasın radikal bir qrup kimi Qəzzada güclənməsi İsrailə imkan verirdi ki, dünyanı rahat Qəzzanı radikallar idarə edir yanaşmasına inandırsın. Digər tərəfdən Qəzzaya qarşı zaman-zaman İsrailin hücumlarına da dünya səssiz qalırdı. İsrail eyni zamanda Həmasın daxilində kifayət qədər güclü nəzarət mexanizmi də qura bilmişdi.

Həmasın İsrailə qarşı hücumu, İsrail vətəndaşlarını əsir götürməsi İsrailin əzbərini pozdu. İsrail ilkin olaraq illər ərzində qurduğu nəzarət mexanizmini işə salaraq Həmasın top liderlərini bir-bir sıradan çıxartdı. Yeni formalaşmış Həmas rəhbərliyə nəzarət həddindən artıq zəifdir.

Digər tərəfdən, yayılan araşdırmalar sübut etdi ki, Həması İsrail bəsliyirmiş. Yəni, İsrailin “Həmas radikal qrupdur” taktikası da əhəmiyyətini itirdi. Bu səbəbdən İsrail bütün gücünü səfərbər edərək Həması o regiondan silmək istəyir. Bu istək o qədər güclüdür ki, İsraili insanlığa qarşı soyqırım törətdirməkdən belə çəkindirmir. Bu həm də İsrail hömumətinin Həmasla bağlı siyasətinin çökməsi deməkdir.

Bəzi ölkələrin Fələstini tanımaqla bağlı planlarınının qarşısını “siz Həmasa dəstək verirsiz” kimi İsrailin təzyiqi da ala bilmir.

İndi 2 paralel proses gedir:

1. İsrail sürətlə Qəzzada Həması yox edir və ya etməyə çalışır,

2. Həmasa qarşı mübarizədə ölən uşaqların sayı İsrailə qarşı dünya miqyasında qınağı sürətləndiri ki, bu da Fələstinin tanınmasına gətirib çıxara bilər.

Bu prosesi dayandırmaq İsraildəki siyasi hakimiyyətin məğlubiyyəti deməkdir. Bu səbəbdən də, İsrailin üharibəni dayandırma ehtimalı, təəssüflər olsun ki, çox aşağıdı.

Nahid Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bayden: “Hazırda ABŞ-də təhlükəli şeylər baş verir”

admin

Azərbaycanlı əsgər Paşinyanın arvadının olduğu evə girib?

redaktor

Niger prezidenti Məhəmməd həbsxanadan qaçmağa çalışdı – Aşpazları ilə birlikdə.

admin