12 C
Bakı
27 Mart 2026 02:12
CəmiyyətDigər

Ağdamın Xıdırlı kəndində yeni tikilən evin hasarı yağışa görə uçub?

Tacxeber.com xəbər verir ki, sosial platformada yayılan görüntülərdən məlum olur ki,   Xıdırlı kənd sakinlər üçün tikilib təhvil verilən müasir standartlara cavab verən evlərdən birinin həyətinin ərazisi, hasarı yağış sularına görə üçub.

media-ag

Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs bir neçə şirkətlə tikinti quraşdırma işlərinə  görə müqavilə bağlayıb .

Bildirir ki,  “Körpü-Bina-Tikinti” MMC ilə 30 milyon manatlıq müqavilə bağlanıb.

Müqavilədə Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.Müqavilənin dəyəri isə 29 983 234 manatdır.

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynovdur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Abort etdirmək üçün xaricdən Azərbaycana gəlirlər

redaktor

Daha bir MTK yaşayış ola-ola söküntü aparır – “Evimi başıma uçurdurlar, kömək edin” – FOTO

redaktor

Erməni əsirliyindən azad olunan hərbçilərimiz danışdı

redaktor