16 C
Bakı
26 Sentyabr 2025 03:35
DünyaSiyasət

Trampın oğlu Türkiyəyə gizli səfəri çərçivəsində Ərdoğanla niyə görüşüb?

ABŞ Prezidenti Donald Trampın oğlunun Türkiyəyə yarı gizli səfərinin və Cumhurbaşqanı Rəcət Tayyib Ərdoğanla görüşünün mahiyyəti bəlli oldu.

Ağ Ev sahibi türkiyəli həmkarını sentyabrın 25-də ABŞ-a rəsmi səfərə dəvət edib. Görünür, Trampın oğlu Ərdoğanla bu səfərin təfərrüatlarını müzakirə edib. Donald Tramp iş adamı kimi Ağ Evə dəvət etdiyi qonaqlardan və ya səfər etdiyi ölkələrdən siyasi və iqtisadi dividentlər əldə etməyə çalışır.

Tramp digər ölkələrlə olduğu kimi Türkiyə ilə də ikitərəfli ticarət sazişinin imzalanmasında maraqlıdır. Bundan başqa Tramp Türkiyənin ABŞ istehsalı olan “Boeing” təyyarələrini almasını istəyir. Ərdoğanın da Trampdan qarşılıqlı istəyi var. Ərdoğan Trampla F-16 və F-35 hərbi təyyarələrinin satışıyla bağlı razılaşma əldə etmək istəyir.

ABŞ-ın keçmiş administrasiyası Türkiyəyə hərbi təyyarə satmadı. Tramp isə bir iş adamı kimi Türkiyəyə hərbi təyyarələrinin satışını müzakirə etməyə hazır görünür. Çünki bu sövdələşmə ABŞ-a əlavə gəlir saxlayacaq.

Prezidentlər Vaşinqtonda regional mövzuları da müzakirə edəcəklər. Tramp Türkiyənin Avrasiya bölgəsində, o cümlədən Cənubi Qafqazda artan rolundan narahat deyil, əksinə Zəngəzur dəhlizinin işə düşməsi iki ölkənin ortaq maraq dairəsindədir.

Elxan Şahinoğlu

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Putin üçün 315 min imza toplanıb

redaktor

Ermənistanda “Tarix” dərsliyində Qarabağ Azərbaycanın tərkibində göstərilib

redaktor

Tramp ermənipərəst konqresmeni “oğru” adlandırdı

redaktor