23 C
Bakı
25 Sentyabr 2025 11:30
DünyaGündəmSiyasət

“Sı….sınlar sənin gördüyün işlərin içinə!”

İngiltərədə Donald Tramp üçün təşkil olunan hərbi keçid mərasimində gözlənilməz, amma simvolik bir hadisə baş verdi. Bir at düz Trampın qarşısında təbiətini göstərdi. Kənardan adi təsadüf kimi görünə bilərdi, amma əslində bu mənzərə milyonlarla insanın ürəyindən keçənləri ən dəqiq formada ifadə etdi.

Diplomatların uzun-uzadı protokol cümlələri, parlamentlərin ehtiyatlı bəyanatları, televiziyaların süni səliqəsi belə bu qədər dürüst ola bilməzdi. At isə qorxmadı, maska taxmadı, heç bir protokolu pozmaqdan çəkinmədi. Sadəcə, həqiqəti açıq şəkildə ortaya qoydu.

O həqiqət nə idi?

“Sıçsınlar sənin gördüyün işlərin içinə!”

Trampın dünyaya “bəxş etdiyi xaos”, təfriqə, diplomatiyanı alver masasına çevirməsi, müttəfiqləri təhqir etməsi, xalqları bir-birinə qarşı qoyması, hamısı bir anda ifşa olundu. Və bunu nə müxalifət partiyaları, nə də minlərlə analitik bu qədər dəqiq ifadə edə bilərdi. At həmin məqamda bir növ “xalq diplomatı” rolunu oynadı. Sanki tarixin özü dilləndi. Çünki tarix bəzən ən sərt həqiqətləri məhz belə sadə, ironik və təsiredici məqamlarla göstərir.

Trampın qarşısına düzülmüş güllərlə dolu yolun ortasında qəfil baş verən bu hadisə həm də bir mesaj idi: xalqların səbr kasası dolub. Dünya artıq populist şoumenlərin qurbanı olmaq istəmir. Bəzən bir atın quyruğunun altından çıxan həqiqət minlərlə siyasətçinin quru sözündən daha güclü ola bilir.

Bəhruz Əliyev

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Allah gözəllik, istedad verib, nə işin var Meksika sərhədində? – Filosof

redaktor

Zəngəzur dəhlizi açılır? – Ortaya çıxan analogiyaya görə…

redaktor

Mahaçqala aeroportunda nə baş verib? – 20-dən çox yaralı var

admin