22.8 C
Bakı
10 İyun 2026 00:24
Cəmiyyət

Bakıda ödənişli yollar yaradılacaq

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda öz əksini tapıb.

Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondun maliyyələşmə mənbələrindən biri olacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə MEDİAYA DANIŞDI – VİDEO

redaktor

Ülvi Qılınc: “Dövlət o boyda Qarabağı aldı, bir opera müğənnisinə iş verə bilmədi…”

redaktor

Azərbaycanda bütün nazirlər istefa verdi – KİV

admin