Uzun illər hakimiyyətə yaxın oliqarxlardan sayılan Adnan Əhmədzadənin həbs olunması ölkədə sarsıntı yaradıb. Neft sektorunda milyardlarla dollar qazanan, xalqın gözü qarşısında dəbdəbəli həyat sürən bu şəxsin taleyi yalnız fərdi hadisə deyil; o, Azərbaycan oliqarxiyasının daxili oyunlarının və hakimiyyətlə sıx bağlılığının canlı nümunəsidir.
Həbsxanada olduğum zaman ailəyə yaxın birindən eşitdiyim söz hələ də qulağımda çınlayır: “İlham Əliyev çox cığal adamdır. Mən onun üçün ölkədən pul çıxarmışam və o pulların danışıq üzrə 10 faizi mənim haqqım idi. İndi məni həbs etdirib ki, həmin 7 milyardı mənə verməlisən.”
Çox güman ki, Adnan Əhmədzadə də milyardlarla dollar oğurlayıb və indi həmin pullar İlham Əliyev üçün həyati əhəmiyyət daşıyır.
Azərbaycanın oliqarx sistemi ölümcül, gizli bir mexanizm üzərində qurulub: “paylaşım prinsipi”. Bu sistemdə böyük sərvətlər yalnız şəxsi zəhmət və bacarıqla deyil, siyasi yaxınlıq və intriqalarla qazanılır. Adnan Əhmədzadənin taleyi göstərir ki, heç kimin gözü doymur; pul azaldıqca qorxu və təzyiq alətləri işə düşür. İlham Əliyev isə “qapıda olan və yedizdirdiyi inəkləri bir-bir kəsmək” siyasətini sistemli şəkildə həyata keçirir.
Bu yalnız fərdi korrupsiyanın hekayəsi deyil. Bu, dövlət ilə oliqarxiya arasındakı təhlükəli, qeyri-şəffaf əlaqələrin açıq sübutudur. Vətəndaşlar üçün dərs aydındır: sistemi görmək, müşahidə etmək və birlikdə hərəkət etmək həyati vacibdir. Fərdi hadisələrə reaksiya göstərmək kifayət deyil; həqiqi dəyişiklik yalnız strukturun özü anlaşılanda mümkündür.
Adnan Əhmədzadənin həbsi xəbər deyil; bu, Azərbaycanın oliqarxiya sisteminin xalqa məxsus neft pullarını baş oğru, İlham Əliyev vasitəsilə necə udduğunu açıq şəkildə göstərir. Bütün pullar onun qabına gedir və xalqın payı yalnız boş qalır. Bu sistemdə hər kəs, hər sərvət, hər oyun İlham Əliyevin nəzarətindədir. Çünki Azərbaycanda bir dənə baş oğru var, o da cənab prezident İlham Əliyevdir!
Bəhruz Əliyev