DünyaSiyasət

Ukrayna yeni hərbi mərkəzə çevrilir

Ukraynanın müdafiə naziri Denis Şmıqal bəyan edib ki, Ukrayna yeni hərbi mərkəzə çevrilir – Defence City yaradılır. Artıq dünyanın hərbi sənaye kompleksinin 25 şirkəti Ukraynanın sürətlə hərbiləşdirilməsində iştirak edir. Yeni silahların istehsalına böyük sərmayələr yatırılır və həmin silahlar cəbhəyə göndərilir.

Bu bizim üçün sirr deyil və proses də dünənki proses deyil, amma Ukraynanın yeni formalaşmış hərbi sənaye kompleksinin icadlarını indi-indi görməyə başlayırıq.

Başqa sözlərlə Ukrayna “hərbi monsterə” çevrilir və mütəmadi olaraq Ukrayna istehsallı olan yeni silahlar görəcəyik. Onlardan biri bu gün Lvovda silah sərgisində nümayiş etdirilib.

Şəkildə gördüyünüz Toloka sualtı dronu(o boyda dron olar? 5 tonluq partlayıcı maddə daşıya bilən nəhəng dəniz pilotsuz aparatıdır.

Kamran Cəfərov

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Paşinyan: Ermənilər və Azərbaycanlılar “ən yaxşı sülhməramlılar”a çevriliblər

redaktor

Ukraynanın keçmiş müdafiə naziri: Kiyev müharibəni yavaş-yavaş uduzur

redaktor

Koçaryan prezident olarkən dövlətə məxsus qiymətli əmlakları bazar qiymətindən xeyli aşağı qiymətə özünküləşdirib

admin