19 C
Bakı
26 Sentyabr 2025 02:05
CəmiyyətQalmaqalŞikayət

Siyasi məhbus: Mənə işgəncə verirdilər, bədənimə tok verirdilər, hətta gözümdən qan gəlirdi.

Həbsdə olan ictimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Tacxeber.com E-huquq.az-a istinadən, sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Məmmədlinin vəkili vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin şüşə qəfəs arxasında deyil, vəkil yanında əyləşməsini məhkəmədən xahiş edib.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Ə.Məmmədli elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin, daha sonra zərərşəkmiş qismində tanınan şəxsin dindirilməsi ilə bağlı qərar qəbul edib.

Ə.Məmmədlinin vəkili müdafiə etdiyi şəxsin zərərçəkmiş məhkəmədə iştirak etdiyi təqdirdə ifadə verməsi ilə bağlı vəsatət verib. Məhkəmə bu vəsatəti təmin etməyib.

Ardınca Əhməd Məmmədli saxlanıldığı gün yaşadıqlarını danışıb:

“Taksidə öndə, sürücünün yanında bir qadın oturmuşdu. Sürücünün arxasında zərərçəkmiş kimi tanınan Vüqar Dünyamalıyev, qapı tərəfdə isə mən əyləşmişdim. Bizim ortamızda isə tanımadığım başqa şəxs əyləşmişdi. “Manatlıq taksi” idi və son sərnişin mən idim. Yol boyu hər hansı bir mübahisə olmayıb. Hər kəs yorğun qayıdırdı. Daha sonra Vüqar sürücüyə düşəcəyini dedi. Maşın kor nöqtədə, yolun sağ tərəfində saxladı, sonra qapı açıldı. Çöldə bir nəfər hazır gözləyirdi. Mən oturduğum tərəfin qapısını açdı. Məni çölə çıxarıb yerə atdı. Daha sonra Vüqar yaxınlaşdı və mənə ağır xəsarətlər yetirməyə başladı. Mənə işgəncə verirdilər, bədənimə tok verirdilər, hətta gözümdən qan gəlirdi. Onda başa düşdüm ki, artıq polis tərəfindən saxlanılmışam. Mənə suallar verməyə başladılar: “Hansı mediada işləyirsən? Kimin məhkəməsinə getmisən?” və s. İşgəncələrdən sonra məni qandallayıb maşına qoydular. Mən polis maşınında əyləşib xəyali cinayətin qurulmasına baxırdım. Yalandan yerə bıçaq atdılar, Vüqar yerə yıxılıb qışqırmağa başladı. İzləyirdim görüm hansı ssenari quracaqlar. Ərazini lentlədilər, bıçağı isə götürüb sellofana qoydular”, – deyə Ə.Məmmədli ifadəsində bildirib.

Zərərçəkmiş qismində tanınan şəxsin məhkəmədə iştirakının təmin edilməsi ilə əlaqədar növbəti iclas oktyabrın 2-ə təyin olunub.

Əhməd Məmmədli mayın 6-da saxlanılıb və mayın 8-də barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur.
Özü ittihamı rədd edir və keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Vasif Talıbov uzun müddət sonra göründü: Oğlu ilə… – Foto

redaktor

Bağırsaq florası nədir ?

redaktor

“Kəpəz”də yeni baş məşqçi

admin