19 C
Bakı
20 Oktyabr 2026 01:10
CəmiyyətTəhsil

“Mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” deyən direktorla bağlı araşdırma başlanılıb

“Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq”.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

“Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında o, “mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” kimi sözlərdən istifadə edir.(APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

TƏBİB ləğv edilirsə, 8 ilin hesabatı haradadır?

redaktor

Tarixi qardaşlığımıza sahib çıxmalıyıq

redaktor

Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi

redaktor