13 C
Bakı
28 Mart 2026 00:27
CəmiyyətTəhsil

Müəllim naziri və agentlik direktorunu tənqid etdi: “Sonu mənimçün yaxşı olmasa da, məcburam…”

Müəllim Mirmehdi Rəsul (İbişov) çalışdığı məktəbdəki vəziyyətlə bağlı müraciət edib.

Tacxeber.com xəbər verir ki, Mirmehdi Rəsul bildirir ki, müəllim olduğu Füzuli rayon Qayıdış qəsəbə 7 saylı  tam orta məktəbdə aprel ayından işıq yanmır:

“Trasfarmator yanıb. Təqdimat yazmadığımız qurum qalmayıb. Dərsliklər çatışmır. Məktəb qəzalı vəziyyətdə. Nazirlik üzərinə düşən işin birini də yarıtmır. Bir dəfə də olsun əlinə jurnal alıb sinifə girməyənlər təhsildən danışır. Nazirimiz problemlərdən elə danışır, elə bil heç bu problemlərə dəxlisi yoxdur. Hamı bir-birini aldadır. İki övladım bu məktəbdə təhsil alır. Havalar soyuyur. İstilik sistemimiz elektiriklədir. Uşaqlarımı hava soyuyan kimi qoymayacam məktəbə. Dərslik yoxdur. PDF atırlar ki, çıxarın bununla keçin .Cənab Eşqi Bağırov, Siz bilərsiniz odun peçinə “USB” qoşsaq printer işləyər? O boyda nazirlikdən bir nəfər çap olunmuş dərsliklərə baxmır. Dərsliklərdə elə səhvlər var adam xəcalət çəkir. Baş qarışıb qrant müsabiqələrinə. Molla aşı görüb Quran yaddan çıxıb. Adamın brifinqdə danışdıqları bir başa məhkəmə predmetidir. Yazmaq məcburiyyətindəyəm. Sonu mənimçün yaxşı olmasa da”. (Milli.Az)

Tacxeber.com

Oxşar xəbərlər

Sabiq məmurların ƏMLAK DAVASI

redaktor

Arif Hacılının oğlu ev dustaqlığına buraxıldı

redaktor

İnternetdə ədalətsizlik: 5-10 min maaş alan da, 320 manat pensiya alan da eyni 25 manatı ödəyir.

admin