19 C
Bakı
26 Sentyabr 2025 02:05
Dünyaİqtisadiyyat

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin detallarını açıqlayıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin detallarını açıqlayıb.

Yeni sanksiyalar paketi enerji, maliyyə xidmətləri sahəsini əhatə edir və ticarət məhdudiyyətləri tətbiq edir.

Hazırda məlum olanlar:

“Rosneft” və “Qazprom neft” şirkətləri ilə bütün maliyyə əməliyyatlarına tam qadağa.

Rusiyadan mayeləşdirilmiş təbii qazın Avropaya idxalı 1 yanvar 2027-ci ildən qadağan ediləcək.

Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya kreditlərin təminatı üçün istifadəsi təklif olunur.

Rusiya Federasiyasının kölgə donanmasına aid əlavə 118 gəmi sanksiyalara məruz qalır.

“Mir” ödəniş sistemi ilə bağlı məhdudiyyətlər.

Rusiya tərəfindən döyüş meydanında istifadə olunan mallar və texnologiyaların ixracına yeni məhdudiyyətlər.

İlk dəfə olaraq Avropa sanksiyaları siyahısına kriptovalyuta platformaları daxil ediləcək və kriptovalyuta əməliyyatlarına qadağa qoyulacaq.

Rusiyalı və xarici banklara, həmçinin Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən və Kreml ilə hərbi sahədə əməkdaşlıq edən RF və üçüncü ölkələrin 45 şirkətinə qarşı sanksiyalar. Buraya bəzi Çin şirkətləri də daxildir.

Neftin qiymət tavanı 47,6 dollara endirilir.

Rusiyalılara Şengen vizalarının verilməsinə məhdudiyyətlər hələ ki, sanksiyalar paketinə daxil edilməyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Səs Azərbaycan”ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

redaktor

Qızıl və gümüş ucuzlaşıb

redaktor

16 illik karyeradan sonra biznes qurdu, brendi dünyada gəzir – Nigarın uğur hekayəsi

admin