21 C
Bakı
18 Sentyabr 2025 11:04
CəmiyyətHadisə

Səhhəti pisləşdiyindən Şəmşad Ağa xəstəxanaya yerləşdirilib

“Meydan TV işi” ilə bağlı həbs edilən jurnalist, Arqument.az saytının baş redaktoru Şəmşad Ağayevin (Ağa) səhhətində problem yaranıb.

Ailəsindən bildirilib ki, jurnalist mədə-bağırsağında yaranan problemə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

Jurnalist mədə xorasından əziyyət çəkir.

Şəmşad Ağa fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ötən gün, sentyabrın 16-da Şəmşad Ağanın həbs müddəti daha 3 ay uzadılıb. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ölüb-dirilən adam Zaurun verilişinə gəldi – FOTO/VİDEO

redaktor

KİV: “Durov Fransa kəşfiyyatı ilə əlaqələrinin olduğunu ETİRAF EDİB”

redaktor

Yasamalda evi başına uçurdulan qadın hadisənin detallarını açıqladı

redaktor