DünyaSiyasət

Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak vəzifəsindən niyə kənarlaşdırılıb?

Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak vəzifəsindən uzaqlaşdırılıb.

Rəsmi məlumata görə, Kozak öz ərizəsi ilə istefaya gedib.

Amerikanın Müharibənnin Tədqiqatları İnstutu (ISW) başqa fikirdədir.

İnstitutun iddiasına görə, Kozak Ukraynaya qarşı müharibəyə qarşı çıxdığına görə, ona “könüllü” istefa ərizəsi yazdırıblar.

Qeyd edək ki, Dmitri Kozak Ukrayna doğumludur. O, 1958-ci ilin 7 noyabrında Ukraynanın Kirovabad şəhərində anadan olub. 2020-ci ilin 24 yanvarında isə Prezident Aparatı rəhbərinin nüavini vəzifəsinə təyin olunub.

Xəbərdə diqqət çəkən əsas məqam budur: ISW-nin iddiaları doğrudursa, belə çıxır ki, Rusiyada müharibə əleyhdarlığı Kremlə qədər yol tapıb.

Heydər Oğuz

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

2019 və 2022-nin DEKABRI – Koronavirus QAYIDIR?

admin

İrandan gətirilən tonlarla portağal məhv edildi

redaktor

Komitə sədrindən “Tərtər işi “ilə bağlı sərt ittiham: “Böyük xəyanətdir”

redaktor