21 C
Bakı
18 Sentyabr 2025 11:40
CəmiyyətGündəm

Məhkəmə qərarına əsasən Pənahovlar gəlininə 300 min ödəyəyəcəklər

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu keçmiş arvadının tələb etdiyi bütün əmlakı qaytarmalıdır.

Bakı Apellyasiya Məhkəməsi bu barədə yekun qərar çıxarıb.

Bir neçə ay əvvəl H.Pənahova əri Məhəmməd Pənahov tərəfindən fiziki şiddətə məruz qalması barədə məlumatlar yaydı. Sonradan oğul Pənahov razı olmasa da, məhkəmə cütlüyün boşanmasına qərar verdi.

Amma həmin vaxt birgə nikah dövründə alınmış əmlak məsələsi həll edilməmiş qalmışdı. Gəlin Pənahova qiyməti 300 min manat təşkil edən qızıl-zinət əşyaları, bahalı kürklər və digər geyimlərini geri ala bilmədiyi, keçmiş əri isə boşanmaq istəmədiyi üçün apellyasiya şikayətləri verdilər.

Bakı Apellyasiya Məhkəməsi əvvəlcə Məhəmməd Pənahovun boşanma qərarına qarşı şikayəti araşdırıb, lakin şikayət təmin edilməyib.

H.Pənahovanın əmlak tələbi isə əsaslı hesab edilib. Nəticədə 300 min manatlıq əşyaların Məhəmməd Pənahovdan alınıb keçmiş arvadına qaytarılması barədə yeni qətnamə çıxarılıb.

Qeyd edək ki, H.Pənahova Məhəmmədlə birlikdə ABŞ-nin Kaliforniya ştatında yaşayıb. Onun sözlərinə görə, evlilik müddətində əri tərəfindən şiddətə məruz qalıb, insidentlərdən birində bətnindəki övladını itirib. 17 ay birgə yaşadıqdan sonra qaldıqları villadan qaçaraq xilas ola bilib. (Qafqazinfo)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Onlar 5 minlə dolana bilmirsə, 500 alanlar nə etsin?

redaktor

ABŞ kəşfiyyatı: İran nüvə silahı yaratmaq proqramının sürətləndirilməsində Rusiyadan kömək istəyir

admin

Moskvada azərbaycanlı “qanuni oğru” SAXLANILDI – Deportasiya ediləcək

redaktor