İlham Qasımov saraya direktor təyin olunandan hər yay aylarında normal maaş ala bilmirik. Konsert olmadığını bəhanə gətirib üç ay bizim maaşımizi kəsir. Soruşduqda pul yoxdur cavabını alırıq.
Amma İlham Qasımov sarayın hesabına səksən minlik Toyota Camry maşın sürür. Saray hesabına şəxsi sürücüsü var.
Saray balansında iki ədəd Nissan maşını olsa da onlari təmir elətdirmir. Amma özünə bahalı “Camry” maşın aldı. Pulunu da saraya ödətdirir.
Özüne “Stage master” adlı şirkət yaradıb. Şirkətin idarəetməsini tanışı Hüseyn Quliyev adlı şəxsi təyin edib.
Sarayda keçirilən tədbirlərin əsas təşkilatçısı məhz bu şirkətdir. Sarayda hər kəs bilir ki, bu şirkətin sahibi ilham Qasımovdur. Digər şirkətlərə günlük arenda 17 minə olsa da “Stage master” güzəştli olaraq arenda alınır. Sonra yeri daha baha qiymətə diğər təşkilatçılara satır .
Hər icarədən “Stage master” 2-3 min qazansa bir ayda iyirmi mindən çox edir pul edir. Adam oturduğu yerdə saray hesabına pul qazanır.
Görəsən aidiyyatı orqanlar, prokurorluq bunu görmür ki, açıq aşkar vəzifə səlahiyyətlərindən sui istifadə, saxtakarlıq edilir burada?
İlham Qasımov hər kəsi rüşvətlə ələ alır.
“İticket” şirkəti hər konsert üçün saraya yüz dəvətnamə pulsuz verir. İlham Qasımov da onlarıda satır qoyur cibinə. Bir dəvətnamə pulu 50-100 manatdan təsəvvür edin nə qədər pul qazanır İlham Qasımov.
Bu nə vaxta qədər belə davam edəcək? Bu vəzifə səlahiyyətlərindən sui istifadə deməkdir. Dtx araşdırma aparsa hər kəs biləcək ki, “Stage master” kimin şirkətidir.
Əlavə olaraq İlham Qasımov öz keçmiş KVN yoldaşlarına və bu şəhərdə kolletlktivnə sarayın günlük icarəsini ucuz qiymətə verir. Normalda sarayın gunluk icarəsi 17 min manat olsa da İlham onlara günü 13-15 mine verir .
Bu da vəzifəsindən sui istifadə deməkdir. O, işə gah gelir gah gəlmir. Gün ərzində 1-2 saat işdə ola ya olmaya. Sarayda problemlər xirtdəyə qədərdir.
Sarayin içinde İlhamın tanışı “Allegro” adlı kafe işlədir. O, kafenin icarə pulu, gəliri qeyri rəsmi olaraq İlham Qasımova ödənilir. Ümumi İlham Qasımovun 1 ayda 20 min manata qədər “leviy geliri” olur. Bəs Maliyyə nazirliyi hesablama palatası hara baxır?
Amma adı işçilərə maaş vermir.
Məgər bunlardan Mədəniyyət naziri Adil Kərimlinin xəbəri yoxdur ? Deyilənə görə İlham Qasımov hər ay Adil Kərimlini də görüb haqqın çatdırır. Yoxsa heç kim ona belə at oynatmaga icazə verməzdi.
Adam sarayı öz şəxsi restoranı kimi işlədir. Buradan “leviy pul” qazanır amma öz şou-proqrami olan “Çırtdan şou”nu konqres mərkəzində keçirir. Deyəndə de deyir ki, onlar mənim müştərilərimdir, araya niyə gəlməlidir?
Sarayin icarəsindən gələn gəliri cibinə qoyur. Artıq bütün kollektiv narazıdır. Köhne direktor Faiq Mirzəyev vaxtında saray çox gözəl idi. Sevimli direktor idi.
İlham sarayı bərbad günə qoyub. Ancaq öz cibi üçün çalışır. Sarayda texniki problemlər çatışmazlıqlar kifayət qədərdir . İlham heç biri ilə maraqlanmır. Bütün məqsədi pul qazanmaqdır .Bacarıqlı kadrlar sarayı tərk edir.
İlham Qasımov əvvəl hec bir vəzifəsi olmayıb idarəetmə təcrübəsi olmayıb. Amma heçnə vecinə deyil . İşçilər ilə kobud rəftar edir. Onları adam yerinə saymırqoymur. Bu nə vaxta kimi davam edəcək?
Biz maaşımızi tam formada almaq istəyirik. Maaş kesilmə işinde də ilham Qasımov bəzi öz yaxın ətrafında olanların maaşlarını kəsmir. Amma digər işçilərin maaşları kəsilir.
Zəhmət olmasa.problemimizi işıqlandırmağa komek edin.
Oqtay Məmmədoğlu