11 C
Bakı
24 Mart 2026 00:00
DünyaGündəmİdman

Türk şərhçi “Qarabağ” haqda elə sözlər dedi ki…

Türkiyəli futbol şərhçisi Ertem Şener “Qarabağ”ın Çempionlar Liqasında “Benfika”ya qalib gəlməsindən danışıb.

Tacxeber.com xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında paylaşım edib.

E.Şener “Qarabağ”ı Türkiyə klublarına nümunə olaraq göstərib:

“Qarabağ”ın qanında məğlub olmamaq var. Canım “Qarabağ”ım, kimə uduzdunuz ki, “Benfika”ya da uduzasınız? Avropanın bir ucundan “Qarabağ” olan yerə qədər baxın. Çox böyüksən, “Qarabağ”! 0:2-dən 3:2-yə! “Qarabağ” tarix yazdı. “Fənərbağça”, “Qalatasaray” rəhbərlərinə deyin, Qurban Qurbanovu çağırsınlar, gəlib akademiya məşqçilərinə dərs desin. “Qarabağ” rəhbərliyindən transferi necə etdiklərini soruşun. İnsanlar 200 min avroya Kamilo Duranı alır, o da Çempionlar Liqasında qol vurur. Sizsə 21 milyon avroya Con Duranı gətirirsiz, o da əsa ilə gəzir. “Portimonense”dən “Qarabağ”a keçən kolumbiyalı Duran isə kluba tarix yaşadır…”

 

Tacxeber.com

Oxşar xəbərlər

Gəncə Tibb Kollecində rüşvət İDDİASI: 500 manat TƏLƏB OLUNUR

admin

Ukrayna Rusiyanın 9 neftayırma zavodunu vurub

redaktor

Zaur Baxşəliyev məhkəməyə çağırıldı

redaktor