27 C
Bakı
16 Avqust 2026 12:43
CəmiyyətDünyaİdman

“Qarabağ”a uduzan klubdan tələsik istefa qərarı

Çempionlar Liqasının ilk turunda “Qarabağ”a evdə məğlubiyyətdən (2:3) sonra Portuqaliyanın “Benfika”nın baş məşqçisi Bruno Laje istefa verdiyini açıqlayıb.

Tacxeber.com xəbər verir ki, klubun prezidenti Rui Koşta məlumat verib.

“Bütün “Benfika” azarkeşlərinə bildirmək istəyirəm ki, biz indicə Bruno Laje ilə razılığa gəlmişik”, – prezident deyib.

“O, artıq “Benfika”nın baş məşqçisi olmayacaq. Brunoya “Benfika” üçün etdiyi hər şeyə və klubumuzu təmsil etdiyi bir il ərzində göstərdiyi bütün fədakarlığa görə təşəkkür etmək istərdim. Amma təəssüf ki, vaxt gəlib çatıb və biz başa düşürük ki, dəyişiklik vaxtıdır. Yeni baş məşqçinin növbəti şənbə günü matçda ehtiyat oyunçular skamyasında olmasını gözləyirik”.

Xatırladaq ki, dünən Portuqaliyada Ağdamın “Qarabağ” klubunu qəbul edən “Benfika” 2:0 hesabı ilə öndə olsa da, təmsilçimiz geridönüş edərək qalib gəlməyi bacardı – 2:3.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putinin ultra-vətənpərvərinin gizli sərvəti

redaktor

Xumargözlü Zaxarova Türkiyəni hədələdi

redaktor

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin