Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün daha da institusionallaşdırılmasına sadiqliyini bir daha təsdiqləyib.
“Mən bir daha sizə, Prezident Trampa, Azərbaycanla bu tarixi razılaşmaya vasitəçilik etdiyinizə görə minnətdarlığımı bildirirəm – indiyədək heç kim belə bir şey əldə etməyib. Mən sülhün daha da institusionallaşdırılmasına və TRIPP-in həyata keçirilməsinə sadiq olduğumu bir daha təsdiq edirəm”, – Paşinyan Trampın paylaşımına cavab olaraq sosial şəbəkədə yazıb.