22.6 C
Bakı
29 İyun 2026 08:22
CəmiyyətGündəmİdman

O, Azərbaycan futbolunun çərçivələrini çox-çox aşan dünya səviyyəli mütəxəssisə çevrilir..

Peşəkar futboldan uzaq, çox aşağı səviyyəli milli liqası olan bir ölkədə komanda qurub, onu Çempionlar Liqasına yüksəltmək və gedib Portuqaliyada “Benfika”nı məğlub etmək tamamilə bir nəfərin bu sahədəki istedadı, bacarığı və liderliyinin nəticəsidir.

Sistemli iş və uzunmüddətli planlaşdırma kültürünün də hələ oturuşmadığı torpaqlarda bir sistem qurmaq, ucuz qiymətə oyunçular tapıb gətirərək onlara bu sistemi aşılamaq, ayrı-ayrı fərdlərin deyil, kollektiv ruhun önə çıxdığı, fiziki hazırlıq baxımından Avropa komandaları qarşısında əzilməyən, mental olaraq da möhkəm, intizamlı bir futbol komandası yarada bilmək Qurban Qurbanovu Azərbaycan futbolunun çərçivələrini çox-çox aşan dünya səviyyəli mütəxəssisə çevirir. Məsələn, hamımızın izlədiyi Türkiyədə hazırda 3 ildir ardıcıl çempion olan Okan Buruk da daxil olmaqla, Qurban səviyyəsində yerli məşqçi yoxdur.

Şahin Cəfərli

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ağdam yolundan keçəcəyik, o yol isə… – Erməni quldurdan ŞOK

redaktor

Nəsimi rayonunda nə baş verir?-Gülarə Verdiyevanın GİZLİ PLANI…

redaktor

Niyə Ermənistan əmək bazarında irəliləyərkən Azərbaycan geri qalır?

admin