15 C
Bakı
18 Sentyabr 2025 10:08
CəmiyyətDünyaGündəm

İngiltərənin demoqrafik dilemması: Yaşlanan əhali, artan miqrasiya

İngiltərədə neçə gündür miqrant əleyhinə aksiyalar keçirilir. İngilislər müsəlman və hindlilərin qovulmasını tələb edirlər.

Bir yandan baxanda London elə bilirsən Pakistan və ya Hindistandır. Şəhərdə demək olar ki, ingilis qalmayıb, çoxu ətraf rayonlara çəkilib, mərkəzi isə şərq xalqlarına təhvil veriblər.

Bəs bu vəziyyətə necə gəlib çıxdılar?

2024-cü ildə İngiltərə və Uelsdə ümumilikdə 595 min uşaq doğulub, 569 min nəfər ölüb, təxminən 600 min nəfər də pensiyaya çıxıb. İlk baxışda balanslı görünür. Amma rəqəmlərə diqqətlə baxanda ortaya çıxır ki, doğulanların yalnız 394 mini vətəndaş analardandır, yəni sırf ingilislərin sayı hər il təxminən 200-250 min azalır. O 394 minin də bir hissəsi yenə vətəndaşlıq almış miqrant ailələrindən gəlir.

Beləliklə, hər il 600 min adam pensiyaya çıxır, amma onların yerini ingilislər doldura bilmir. Dövlət məcbur olur ki, hər il 200–400 min yeni miqrant qəbul etsin. Bu miqrantlar həm zavod və fabriklərdə iş yerlərini doldurur, həm də vergi ödəyərək pensiyaçıların yüksək xidmətinə kömək edir.

Bu, təkcə İngiltərənin deyil, bütün Avropanın problemidir. Bir tərəfdən cəmiyyət miqrant istəmir, digər tərəfdən iqtisadiyyat onlarsız iflicdir.

Bu prosesin geri dönüşü yoxdur. Hətta dövlət doğum səviyyəsini artırmaq üçün yüksək imtiyazlar versə belə, uşaqların böyüyüb işləməsi üçün 20 il vaxt lazımdır. Bu müddətdə həm daha çox ana dekretə çıxacaq, həm də uşaqların təhsili və tərbiyəsi üçün daha çox sosial xərclər lazım olacaq. Deməli, miqrant axını azalmayacaq, əksinə artacaq.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiya Ukraynanın enerji sisteminə 1 milyard dollardan çox ziyan vurub”

redaktor

Hökumət gənclər arasında sorğu keçirdi: Niyə evlənmirsiniz?

redaktor

Sikorskidən Trampa məntiqli cavab…

admin