Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycandan nümunə götürərək Rusiyada əmioğlular arasında nikahın qadağan edilməsini təklif edib.
Onun sözlərinə görə, bu cür birliklər mənəvi baxımdan qəbuledilməzdir və uşaqlarda genetik mutasiya və xəstəliklərə səbəb ola bilər. Milonov belə nikahların tamamilə qadağan edilməsi təşəbbüsü ilə çıxış edəcəyini bildirib.
“Azərbaycan bizim super dostumuz olmasa da, bu baxımdan millətin sağlamlığını düşünürlər. Ona görə də biz də geri qalmamalıyıq”, – o vurğulayıb.