21 C
Bakı
18 Sentyabr 2025 10:49
CəmiyyətGündəmHadisə

İngiltərədən sifariş edilən kitablar üçün Səhiyyə Nazirliyi sertifikat adı altında 1900 manat pul aldı amma …..

“Ali & NiNo” kitab mağazalarının rəhbəri Nigar Köçərli xaricdən sifariş verdiyi kitablarla bağlı Səhiyyə Nazirliyi ilə maraqlı problem yaşayır.

Tacxeber.com xəbər verir ki, rastlaşdığı əndrabadi problemlə bağlı Nigar xanım öz sosial şəbəkə hesabında bu paylaşımı edib:

Saat 11-də Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzindən canlı açıb öz kitablarımı tələb edəcəm. Çox təəsüf edirəm ki, məsələni o həddə gətirib çıxardıblar ki, ictimayəlişdirərək, haqqımı tələb edəcəm!

Bu mərkəz sahibkarların başına oyun açır! İngiltərədən özəl sifariş olaraq 1000 manat dəyərində kitablar gətirmişəm, sertifikat adı ilə bizə 1900 (!) manatlıq pul ödətdiriblər, üstəlik də 500 manat dəyərində olan ən bahalı kitabları “ekspertiza” adı ilə “müsadirə” ediblər! Və qayrtarmırlar! Müştəri də öz kitablarını tələb edir. Mən ona nə deməliyəm?? Kitab əvəzinə 1900 manatlıq heçkəsə lazım olmayan sertifikatı təhvil verməliyəm??

Yalnız son ay ərzində bu mərkəzin hoqqalarına görə bizə 2600 ziyan dəyib, çünki sertifikatlarla qarışıq yaradıb gömrük işlərimizi yubadırlar, gömrük də bizdən saxlama pulunu artıqlaması ilə alır! Üstəlik, heçkəsə lazım olmayan sertifikatlara 3100 manat ödəmişik! Üstəlik, çoxlu kitabları “müsadirə” ediblər! Bu yalnız son aya!

Dünən mərkəzin rəisi Aris Rüstəmov, müavini Famil, əməkdaşları Pərvanə və Həcər ilə görüşdük. 1 saatlıq şirin söhbətdən sonra məni arxayın etdilər ki, kitablarımı geri qaytaracaqlar və 1-2 ədəd kitaba görə daha sertifikat tələb etməyəcəklər. Razı salıb, yola saldılar. Sonra isə yenə get-gələ saldılar, kitabları geri qaytarmadılar, üstəlik yeni gələn sifariş üçün əlavə 300 manat və “müsadirə” üçün bahalı kitab tələb etdilər!

Dúnən bütün günü əsəbimi alıb zəhləmi töküblər! Mən öz haqqımı tələb edirəm! Kitablarımı qaytarın!

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Prezidentdən 4,4 milyonluq SƏRƏNCAM

redaktor

18 yaşında ABŞ-yə getdi – Biznes həyatı, neft şirkətlərində karyera, investisiya…

admin

Niyə təyyarədə telefonlarımızı “təyyarə rejimi”-nə keçirmək lazımdır?

redaktor