21 C
Bakı
18 Sentyabr 2025 10:51
CəmiyyətHadisə

Deputat Siyavuş Novruzov iddia edib ki, Azərbaycanda 605 bələdiyyə var – Yalan deyir

Tacxeber.com xəbər verir ki, Fakt Yoxla” Azərbaycanda bələdiyyələrin sayı və hazırkı vəziyyəti barədə araşdırma edib.

Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ilin dekabrın 12-də keçirilib. Bələdiyyələrin formalaşdırıldığı ilk illərdə Azərbaycanda təxminən 2700 bələdiyyə olub.

Ötən il baş vermiş dəyişikliyə qədər ölkədə 1606 bələdiyyə fəaliyyət göstərib.

2024-cü ildə qanuna edilən dəyişiklikdən sonra 1400 bələdiyyənin birləşməsi nəticəsində 480 yeni bələdiyyə yaradılıb və ölkə üzrə bələdiyyələrin ümumi sayı 685 olaraq müəyyənləşib.

Azərbaycanda bələdiyyələrin 2024-cü il üzrə büdcə gəlirləri 63 milyon manat (~ 37 milyon dollar) olub.

Bakı bələdiyyələrinin ümumi gəliri Yerevan şəhər bələdiyyəsinin gəlirlərindən 40 dəfə, Tbilisi şəhər bələdiyyəsindən isə 80 dəfə azdır.

Hazırda bələdiyyələr Bakının hər rayonunda yaradılsa da, Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qanunsuz mərc və şans oyunlarında adı hallanan məşhurlardan AÇIQLAMA

redaktor

Tahir Kərimli: “Əjdaha korrupsionerlərin simvoludur” – Psixoloqa CAVAB

redaktor

Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?

redaktor