22 C
Bakı
16 Oktyabr 2026 11:03
CəmiyyətDünya

Azərbaycanda minlərlə “iPhone” satılsa da, onların demək olar ki heç biri ABŞ-dən gətirilmir

2025-ci ilin ilk səkkiz ayında Azərbaycana gətirilən smartfonların idxalı 675,2 min ədəd, ümumi dəyəri isə 217,5 mln. dollar olan smartfon idxal olunub.

Tacxeber.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövründə 433,2 min ədəd smartfon, 123 mln. dollarlıq idxal qeydə alınmışdı. Bu, illik müqayisədə say üzrə 56%, dəyər üzrə isə 77% artım deməkdir.

Orta qiymətə baxsaq, 2024-cü ildə bir smartfonun orta idxal qiyməti təxminən 284 dollar olub. 2025-ci ildə isə bu göstərici 322 dollar təşkil edib. Beləliklə, smartfonların orta idxal qiyməti 13% bahalaşıb.

Ən böyük pay Çinə məxsusdur. 2025-ci ildə Çindən 538,9 min ədəd smartfon gətirilib, dəyəri isə 165,9 mln. dollar olub. Bu, ötən illə müqayisədə say üzrə 63%, dəyər üzrə isə 87% artımdır.  Əlavə olaraq Uzaq Şərq ölkəsinin Azərbaycan bazarında payı 77%-dən 80%-ə yüksəlib.

İkinci yerdə olan Vyetnamdan ötən il 73,8 min ədəd (25,7 mln. dollar) smartfon idxal edilirdisə, 2025-ci ildə bu göstərici 128,1 min ədədə (47,3 mln. dollar) yüksəlib. Bu, say üzrə 74%, dəyər üzrə isə 84% artım deməkdir. Hindistandan idxal isə əksinə, azalıb – 25,9 min ədəddən 7,8 min ədədə düşüb, dəyər 5,9 mln. dollardan 4,3 mln. dollara geriləyib.

ABŞ-dan idxalda demək olar ki, dayanıb. Ötən il 2 061 ədəd (2,4 mln. dollar) gətirilmişdisə, 2025-ci ildə bu göstərici cəmi 1 ədəd olub. Maraqlıdır ki, Azərbaycan bazarında ABŞ markası “Apple”nin “iPhone” smartfonun mühüm paya sahibdir, lakin mənşə ölkədən cəmi 1 bir telefon idxal edilib.

Digər ölkələr üzrə isə müxtəlif tendensiyalar müşahidə olunub. Məsələn, Koreya Respublikasından idxal 4 ədəddən 230 ədədə qalxıb, Almaniyadan gətirilən smartfonların dəyəri isə bir qədər artaraq 6,2 min dollara çatıb. Eyni zamanda, 2024-cü ildə mövcud olan BƏƏ, Malayziya, Sinqapur, Tailand və Fransadan idxal 2025-ci ildə qeydə alınmayıb. Əvəzində İndoneziyadan idxal artıb – 75 ədəddən 110 ədədə.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor

“Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq

redaktor

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi (şoka düşüblər.)

redaktor