15 C
Bakı
18 Sentyabr 2025 09:42
CəmiyyətGündəmŞikayət

Məmur tayfasından başqa hamı ac-yalavac yaşamalıdır, çünki Xalq belə istəyir.

Başlığı oxuyanlar razılaşmayıb irad bildirəcəklər ki, çox böyük səhv edirəm.

Onlar üçün bir-iki fakt deyim:

Elə bu günlər dünya şöhrətli sənət adamı Alim Qasımovun villa söhbəti dərhal gündəm oldu. Əsas məqsəd və irad da ondan ibarət idi ki, Alim Qasımov 5 milyonluq villanı hansı pullarla alıb?

Birincisi, o villanın dəyəri deyiləndən qat-qat aşağıdır. İkincisi, “Alim Qasımov hansı vəzifəni tutur və hansı büdcə pulunu, yəni xalqa məxsus olanı mənimsəyib?”sualına heç kim aydınlıq gətirmədi.

Şəhərin mərkəzində 5 ha zibilxananı təmizləyib yerində 1000-dən artıq xan çinarı, 3 min ədəd qızılgül kolu və digər bitkilər əkdim. Bu əməlimi bəyənənlərdən çox, “Aslan İsmayılov bu pulları haradan alıb?” sualları oldu. Onda da heç kim mənim hansı vəzifə tutduğumu və hansı pulları mənimsədiyimi yazmadı. Ölkədə büdcə pulunu talayan, tutduğu vəzifələrdə rüşvətlə yüz milyonlar toplayanlar olub və vardır. Onların tək özlərinin yox, həm də balalarının 5 milyonluq yox, 50 milyonluq villaları, təyyarələri, obyektləri var. Bu barədə də yazırlar, ancaq onların heç biri gündəm olmur.

Bu gün olanları demirəm, heç vəzifələrindən azad olanların əmlakları barədə də xəbərlər olur, ancaq onlar da gündəm olmur. Çox demirəm elə Ramiz Mehdiyev, Əli Həsənov, Ziya Məmmədovun özləri və yaxın ətrafı son zamanlar 100 milyonluq əmlaklar satıblar. Onların hansı gündəm olub? Heç biri, çünki qorxurlar. Alim Qasımovu, Aslan İsmayılovu isə çarmıxa çəkmək təhlükəli deyil. Onda heç olmasa hər şeyə susun. Bütün normal ölkələrdə ən varlı adamlar vəkillər və sənət adamları olurlar. Onların əmlakları da müzakirə mövzusu olmur. Ancaq hansısa məmurun böyük əmlakı tapılarsa, o hökmən gündəm olur. Dəfələrlə dediyimi bir daha təkrar edirəm: Azərbaycan Xalqı öz qəhrəmanını ya dar ağacında, ya da dilənçi kimi görmək istəyir.

Aslan İsmayılov

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“9 uşağım var, mənə avtobus verin” – VİDEO

redaktor

Zakir Qaralov xaricə buraxılmadı: Çıxışa stop…

admin

Gözü kor edən sevgi  deyil, hormonlardır – Aşiq olmağın tibbi və elmi açıqlaması

redaktor