Çində tullantıların emalı zavodları gözlənilməz problemlə üzləşib, belə ki, ölkədə zibil tükənir.
Tacxeber.com xəbər verir ki, bu haqda Financial Times nəşri xəbər verib.
Yəni son 10 il ərzində Çin hökuməti minlərlə zibil yandırma elektrik stansiyalarından ibarət şəbəkə qurub. Bunun nəticəsi olaraq hazlhazırda Çin tullantıları enerjiyə çevirmə gücünün dünya üzrə 50 faizindən çoxu məxsusdur.
Lakin indi müəssisələr dayanır. Buna səbəb əhali sayının azalması və istehlakın yavaşıması məişət tullantılarının həcmi kəskin şəkildə azalması göstərilir.
Nəticədə zibil yandırma zavodları xammalsız qalmaq təhkükəsi ilə üzləşib. Belə olduğu təqdirdə mütəxəssislər vəziyyətdən cıxış kimi zibil tullantılarının xaricdən almaq lazım gəldiyini bildirilirlər.