Kiriş Neft Emalı Zavodu bu sadəcə növbəti hədəf deyil. Bu zavod Rusiyanın ən böyük beş zavodundan biridir, ildə təxminən 20 milyon ton neft emal edir(!!!) və yüksək oktanlı benzinlə yanaşı bütün yanacaq növlərinin istehsalını təmin edir. Əslində bu zavod Rusiyanın neft emalı sistemində əhəmiyyətinə görə ikinci zavod hesab olunur. Ona endirilən zərbə ölkənin yanacaq təchizatı sisteminə ciddi zərbədir.
İlkin məlumatlara görə, zərbə zavodun ürəyi sayılan ELOU AVT-6 qurğusuna – neftin ilkin emal edildiyi sahəyə dəyib.
Bu, müharibə dövründə Kirişə endirilən ilk uğurlu zərbədir. Zərərin miqyası hələ dəqiqləşdirilir, lakin artıq aydındır ki, belə bir müəssisənin hətta qısamüddətli dayanması Rusiyanın şimal-qərb bölgələrində benzin və dizel qıtlığına səbəb ola bilər. Orada qaz və neft, sözün əsl mənasında sürətlə tükənən resursa çevrilir.