DünyaMuharibə

Ukrayna Rusiyanın neft emalı zavodunu PUA-larla vurub

Sentyabrın 12-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməliyyatı nəticəsində Başqırdıstan Respublikasının paytaxtı Ufada yerləşən “Başnafta-Novoil” neft emalı zavoduna hücum edilib.

Tacxeber.com UNİAN-a istinadən xəbər verir ki, kamikadze PUA-ların hücumundan sonra obyektin ərazisində güclü partlayışlar olub və irimiqyaslı yanğın başlayıb.

İlkin məlumata görə, partlayışlar xüsusilə neftin ilkin emalının vakuum sütununa xeyli ziyan vurub.

Respublikada PUA təhlükəsi ilə bağlı Ufa hava limanının fəaliyyətini dayandırdığı, şəhərdə mobil internetin kəsildiyi bildirilir.

Rusiya tərəfi məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qafqazda azad sözün istisnası: Ermənistan niyə yeganə müstəqil media modelinə çevrilib?

admin

“Pul ödəməyən ölkələri qorumayacağıq” – Tramp

redaktor

ABŞ-da şatdaun!

admin