CəmiyyətHadisə

Salyanda 62 yaşlı kişi böyürtkən yığarkən başına hadisə gəldi

Salyanda 62 yaşlı İsgəndər Tağıyev böyürtkən yığarkən güllə yarası alıb.

Tacxeber.com xəbər verir ki, bu barədə rayonda fəaliyyət göstərən hüquq müdafiəçisi Emil Məmmədov bildirib.

Belə ki, hadisə ötən gün günortadan sonra Salyan rayonunun Seyidsadıqlı kəndində baş verib.

62 yaşlı kənd sakini İsgəndər Tağıyev çöldə böyürtkən yığarkən naməlum istiqamətdən güllə açılıb. Qırmalar onun gözünə və bədənin bir neçə nahiyəsinə dəyib.

Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.

Yenilənib-

Salyanda böyürtikan yığan kişi həmkəndlisinin ehtiyatsızlıqdan atdığı təsadüfi güllədən yaralanıbmış….Hadisəni törətməkdə şübhəli bilinən şəxs istintaqa cəlb olunub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qiymət artımı yox, keyfiyyətli nəqliyyat islahatı lazımdır

redaktor

Həqiqi hərbi xidmətin müddəti ilə bağlı qərar verildi

redaktor

Xalq artisti: Tələbələr Zeynəb Xanlarovadan mənə şikayət edirdilər

admin