Salyanda 62 yaşlı İsgəndər Tağıyev böyürtkən yığarkən güllə yarası alıb.
Tacxeber.com xəbər verir ki, bu barədə rayonda fəaliyyət göstərən hüquq müdafiəçisi Emil Məmmədov bildirib.
Belə ki, hadisə ötən gün günortadan sonra Salyan rayonunun Seyidsadıqlı kəndində baş verib.
62 yaşlı kənd sakini İsgəndər Tağıyev çöldə böyürtkən yığarkən naməlum istiqamətdən güllə açılıb. Qırmalar onun gözünə və bədənin bir neçə nahiyəsinə dəyib.
Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.