CəmiyyətGündəmŞikayət

Mən analoqsuzluğumuzla fəxr etmək istəmirəm!!

Bakının nəqliyyat nazirliyi taksi xidmətini heç cür “sahmana” sala bilmir. Nə edirsə-etsin, adı soyğunçuluğa bağlanır.

Bir neçə il əvvəl Bakıya London taksiləri gətirildi, xeyli pul xərcləndi. Nəticədə özünü doğrultmadı.

Rahatlığı, keyfiyyəti əla idi, amma adamlar ciblərinə münasib, yəni ucuz qiymətli xidmət tələb edirlər. Adamlar üçün keyfiyyət önəmli deyil, düz də edirlər. Cib boşdursa, keyfiyyət axtararmı?

İndi anbarlarda toz basan bu badımcan ləqəbli (rənginə, təhər-tövrünə görə belə ayama qoşmuşdular) London taksilərini axı necəsə diriltmək lazımdır, bir ətək pul xərclənib. Yadlarına aeroport düşüb.

Aeroporta nə ilə istəyirsən get, amma qayıdanda mütləq badımcan taksilərinə minməlisən. Qiymətləri də at belində:40-50 manat. Təsəvvüt edin, bizim ünvana adətən 10-15 manata hesablanan qiymət indən belə gediş qiyməti minimum 25 manatdan başlanır. Deməli, mən aeroportdan evimə 40-50 manata gəlməliyəm.

Yeri gəlmişkən, aeroporta sifariş verəndə digər taksi xidmətləri çağırışı ləğv edir, çünki sərf eləmir. İndi qal yolun ortasında, necə baş açırsan aç, öz problemindir.

Buna deyirlər dəlilik, soyğunçuluq, işbilməmək, diletantlıq. Atın yerinə qatır, qatırın yerinə at bağlayanda hər şey ayaq-baş olur.

Ölkədən xaricə getməyən adam yoxdur. Səlahiyyətlilər xaricə evinin bir otağından o biri otağına keçən tək gedirlər. Axı gedib görürlər, görürlər ki, hər şey insanın, adamın, müsafirin, vətəndaşın rahatlığına, rifahına xidmət edir. Qayıdıb gələndə, ayağını ölkəmizin kandarına basanda vicdanları dilə gəlir, utanıb xəcalət çəkirlər? Baş-ayaq edib eybəcər hala saldıqları ölkənin hissəciyi olmaq onlara necə təsir edir?

Mən analoqu olmamağın əleyhinəyəm! Mən analoqsuzluğumuzla fəxr etmək istəmirəm!!

 

Arzu Qaziyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Şərurlu İsfəndiyar 1000-dən çox mənzilin “kupça”sını vermir…- Vətəndaşların hüququ belə tapdanır

redaktor

Qurana görə, oruc tutmayanlar 200 manat verməlidir? – İlahiyyatçı

redaktor

Qənirə Ataşovanı təhdid edirlər – Fotolar

redaktor