Şimali Koreya lideri Kim Çen In ölkəsində 3 söz haqqında danışmağı qadağan edib.
Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, yeni “Wonsan” çimərlik kurortunda istirahət edənləri qarşılayan tur bələdçilərinə xarici qonaqlarla danışarkən Qərbdə və Cənubi Koreyada məşhur olan bəzi sözlərdən istifadə etməmək tövsiyə olunub.
“Daily NK” xəbər agentliyinin yazdığına görə, bu 3 söz “hamburger”, “dondurma” və “karaoke”dir.
Dövlət tərəfindən həyata keçirilən ciddi təlim proqramına daxil olan tur bələdçilərinə hamburger üçün “dajin-qogi gyeopppang” (mal əti ilə ikiqat çörək) və dondurma üçün “eseukimo” (eskimo) demələri tapşırılır.
Bundan əlavə, karaoke aparatlarına “ekranda müşayiət maşınları” deyilməsi barədə göstəriş verilib.
Bildirilir ki, nəqsəd turizm mütəxəssislərinə Cənubi Koreya ifadələrindən və xarici sözlərdən qaçaraq Şimali Koreya lüğətindən şüurlu şəkildə istifadə etməyi öyrətməkdir.