CəmiyyətSiyasət

Elnur Şükürov da azadlığa çıxdı- Foto

Əvəz Zeynallı ilə birgə məhkum edilmiş jurnalist Elnur Şükürov da azadlığa buraxılıb.

Tacxeber.com xəbər verir ki, onun 3 illik həbs cəzası bu gün başa çatıb. Əvəz Zeynallı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

E. Şükürov saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Qeyd edək ki, “Səda TV”nin rəhbəri olan E. Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi.

Onunla birgə mühakimə edilərək 8 il 10 ay azadlıqdan məhrum edilən Əvəz Zeynallı isə bir müddət əvvəl xəstəliyinə görə cəzadan azad edilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

“Gənclərin 90 faizi boşanmanı gözə alaraq evlənir” – Psixoloq

admin

Rusiyalı əsgər Ermənistanda öldü

admin

Öldüyü deyilən Xameneinin müşaviri əsa ilə görüntüləndi – FOTO

redaktor