DünyaSiyasət

“Rusiya Polşa əməliyyatı ilə nə deyir, NATO nə etməlidir?” Natiq Cəfərli

Rusiya, Kreml Polşa əməliyyatı ilə nə etmək istəyir:

1) Putin NATO-nu test edir, özü də, bu addımı ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) sammitindən sonra atır. Çox güman, Çin və Hindistan Rusiyaya orta əsrlərdə qala qapılarını açmaq, qırmaq üçün istifadə olunan “qoç başı” kimi baxır, Kremlə ona görə dəstək verirlər ki, Moskva məhz bu funksiyanı yerinə yetirsin, Putinin bu rolu oynamaqdan başqa seçimi yoxdur, çünki, Pekin və Dehlidən çox asılıdır. Qərb “qlobal cənubu” daha çox sıxmağa başlayan kimi, onlar da öz “qoç başları” ilə Qərbin qapısını, NATO adlı “qalasını” döyməyə başlayırlar,

2) Rusiya rəsmi açıqlamalarda NATO ölkələrini hədəf almadığını dəfələrlə bəyan etsə də, təhlükə illyuziyası yaratmaqla, hibrit təsirləri artırmaqla NATO ölkələrini daha çox öz təhlükəsizlikləri haqqında düşünməyə, davranmağa vadar edir. Yəni, əgər Polşa, Rumıniya, Macarıstan və Baltik ölkələrinin hava məkanlarına DAİMİ təhlükə olacaqsa, sizcə, əlavə “Patriot” hava müdafiə sistemlərini Ukraynaya verəcəklər, yoxsa NATO hava məkanının müdafiəsini gücləndirəcəklər?! Məncə, cavab aydındır, zatən “Patriot”-lar çatmır, əgər NATO-ya təhlükə artmasa, əldə olanları Ukraynaya daha rahat verə bilərdilər, indi bu sual altına düşür. Rusiya üçün məqbul ssenari də məhz budur – əlinizdə olanı Ukraynaya verməyin, özünüzə təhlükə var, artacaq, öz hava məkanınızı qoruyun. Yəni, Putin bu addımlarını artıracaq, dronlar daha tez-tez “təsadüfən” NATO ölkələrinə tərəf uçacaqlar,

3) Polşaya 17 Rusiya dronlarının qalıqları düşüb, dəqiq məlum olan budur ki, onların üçünü F-35 təyyarələri “AIM-9 Sidewinder” raketləri ilə vurub. Həmin raketin 1 ərədi 400 min avrodur, Polşa tərəfə uçan dronların dəyəri isə 30 min avrodur. NATO 90 min avro dəyəri olan 3 dronu vurmaq üçün 1,2 mln. avro xərcləyib. Dəyər məsələsi vacibdir, amma, daha təhlükə odur ki, Rusiya bir gündə 1000 ədər 30 min avroluq dronun istehsal edə bilir, 400 min avroluq “AIM-9 Sidewinder” raketinin istehsalı daha çətindir, NATO ölkələrinin ehtiyatlarını nəzərə almasaq (bilinmir nə qədərdir), NATO ölkələri bir ilə 1000-1500 belə raket istehsal edə bilər. Yəni, Rusiya 10 gün NATO ölkələrinə tərəf gündə 100 dron buraxsa, NATO ölkələrinin 1 illik istehsal etdiyi raketlər 10-15 günə bitəcək.

NATO nə etməlidir, və ya, nə edə bilər:

NATO bu çağırışlara, təhlükələrə adekvat və sərt cavab verməsə, NATO-Rusiya “müharibəsi” Rusiyanın üstünlüyü ilə davam edəcək. Ukrayna ilə sərhəddə yerləşən NATO ölkələri dərhal qərar verməli, Ukrayna hava məkanını qapadılmalıdır. Bunun üçün əsaslar yaranıb – Rusiya Ukrayna üzərindən Polşaya dronlar göndərib. NATO qərar verməlidir ki, NATO-Ukrayna sərhədi onların təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır və Rusiyanın Ukraynaya atrığı raket və drunların Polşa, Macarıstan, Rumıniyaya tərəf uçmayacağına zəmanət olmadı üçün, onlar Ukrayna səmasında NATO qüvvələri tərəfindən vurulacaq. Bu məqsədlə NATO F-35-ləri AB ölkələri ilə Ukrayna sərhəddində daimi növbədə olacaqlar, yəni, tək “Patriot”-larla deyil, həm də F-35-lərlə Ukrayna hava məkanı nəzarətdə olacaq.

Bu addım MÜDAFİƏ məqsədi daşıyır deyə, Rusiyanın buna etirazı absurd olacaq, lap elə etiraz etsə də, NATO belə bir addım atsa, Moskva geri çəkilmək haqqında düşünəcək. Yox əgər NATO “kağız aslan” olduğunu göstərsə, ancaq boş-boş bəyanatlar vermək üçün fəaliyyət göstərdiyi sübut olunsa, Kremlin NATO-nu dişinə vurması əməliyyatları daha da artacaq.

Qərb Ukrayna xalqının fəryadlarına, mübarizəsinə artıq adekvat cavab verməyə başlamalıdır, olmaz belə, yazıqdı o xalq, o dövlət…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İsrailin Qəzzaya hücumları davam edir: şəhər xarabalığa çevrildi – VİDEO

redaktor

İsrail ordusu İordan çayının qərb sahilində 33 fələstinlini saxladı

redaktor

Makron: “Aİ-nin heç vaxt bu qədər çox düşməni olmayıb”

redaktor