CəmiyyətGündəmQalmaqalŞikayətTəhsil

Dərsliklər şagirdlərin yaşına uyğun deyil – oxuyub anlamırlar

Azərbaycan tarixi kitabları uşaqların yaş kateqoriyasına uyğun deyil.

Bu sözləri 2025–2026-cı tədris ilinə həsr olunmuş tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, tarix dərsliklərinin böyük əksəriyyəti sadəcə tarixi faktların sıralanması və təsvirindən ibarətdir:

“Mən tarixçi deyiləm, ola bilər ki, nəyisə səhv deyirəm. Sadəcə vətəndaş mövqeyimi ifadə edirəm. Düşünürəm ki, bu dəyişməlidir”.

Nazir əlavə edib ki, Azərbaycan dili dərsliklərində külli miqdarda dil qaydaları var və bu, əlbəttə ki, vacibdir.

“Lakin əsas problem oxuyub-anlama bacarığının aşağı səviyyədə olmasıdır: “Mən bunu havadan demirəm, rəqəmlərə əsaslanaraq söyləyirəm. 4 uşaqdan 1-i təxminən oxuyub anlamır. Bu prosesdə rəqəmlər getdikcə artır. Bəzi insanlara bu qəribə görünə bilər, çünki adətən auditoriya ilə danışırıq ki, onlar bunu bacarır. Amma biz sizə ölçmənin nəticəsini təqdim edirik”.  (Azedu.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan başa düşməlidir ki, təkcə Ermənistan…

redaktor

“Ermənilərə məktəbli uşaqlar kimi dərs keçməliyik” – Deputatdan maraqlı açıqlama

redaktor

“Xalq artisti” adı bu şəxslərdən alına bilər

redaktor