23 C
Bakı
11 Sentyabr 2025 09:36
CəmiyyətDünya

Tahir Kərimli: “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar”

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimlideyib.

“Açıq etiraf edək ki, insanlar sovet dövründə müəyyən təhsil alırdılar, dünya hadisələrinin mahiyyətini anlayırdılar. İndi insanların çoxu oxumur, bilmir. Bilgisiz, elmsiz adamlardır. Ən dəhşətlisi budur ki, elmsiz, bilgisiz adamlar hansısa vasitələrlə böyük vəzifələrə təyin olunmaq uğrunda mübarizə aparırlar. Onlar bu işlərə aludə olmaqla cəmiyyət üçün mənfi nümunədirlər.

1980-ci illərdə Ağsu rayonunda Xalq Məhkəməsi var idi. Məhkəmədə Belarusdan olan Katya adlı qadının məsələsinə baxdıq. O, falçılıqla məşğul idi. Belarusda ağır cinayətdən məhkum olunmuşdu. Sonra dostu vasitəsilə Azərbaycana gəlmişdi. Xalqın avamlığını görərək falçılıqla məşğul olurdu. Kürdəmirdə iki qardaşı bir-birinə on ildən artıq düşmən etmişdi. Guya biri digərinə cadu edib. Buna görə üç il cəza aldı. Özü məhkəmədə açıq şəkildə dedi ki, düyüyə “qurd yağı” sürtürmüş. Tükü, qıfılı torpaqda gizlədib, camaatı inandırırdı. Yadımdan çıxmaz, ən dəhşətlisi bu idi ki, Ağsunun Bozavand kəndində qadın öz qızlarının ərə getməsindən ötrü həmin cadugərə iki dənə qızıl beşlik vermişdi. Biz ona dedik ki, Katya özü də etiraf edir, artıq görürsən, fırıldaqdır, gəl bu qızıl beşlikləri geri götür. Dedi ki, mən qorxumdan o qızılları geri götürə bilmərəm. Avamlığın, cəhalətin böyüklüyünə baxın. Xalqın içində o dərəcədə cəhalət, əyri yollarla pul qazanmaq tendensiyası yayılıb ki, xüsusilə vəzifəli şəxslər də buna aludə olanda insanlar inanırlar.

Əslində isə həm mənəvi, həm dini, həm də qanuni cəhətdən falçılıq, cadugərliklə pul qazanmaq qadağandır. Belə şəxslərə ciddi cəzalar verilməli, iş aparılmalıdır. Aidiyyəti orqanlara, hüquq-mühafizə orqanlarına çağırış edirəm ki, insanların avamlığından istifadə edənlərin qarşısını alsınlar. Artıq sistemli hala keçib. Hətta elektron vasitələrdən də istifadə edirlər”, – Tahir Kərimli bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ombudsmanın hesabatında siyasi həbs və işgəncələrlə bağlı bir cümlə də yoxdur

admin

Rəşad Sadıqov: “Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq”

admin

Musiqidən müalicə kimi istifadə olunacaq

redaktor