CəmiyyətDünya

Qadağa tətbiq olunmağa başlandı – Taksi qiymətləri kəskin bahalaşdı

Son günlər yerli mətbu orqanlarda Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətinə taksi sifarişlərinə məhdudiyyət tətbiq olunacağına dair yayılan xəbərlər artıq öz təsdiqini tapıb.

Artıq hava limanı ərazisinə uçuş üçün başqa taksi operatorları ilə gəlmək mümkün olsa da, çıxış üçün yalnız ərazidəki “London taksi”lərinin xidmətindən yararlanmaq mümkündür.

Belə ki, hava limanı daxilində fəaliyyət göstərən sıravi taksi maşınları, eləcə də “Bolt”, “Uber” kimi taksi operatorları ora buraxılmır. Həmçinin taksi operatorlarının mobil tətbiqi vasitəsilə artıq əvvəlki qaydada hava limanından ekonom sinfə daxil olan taksilərlə sifariş mümkün deyil. Ona görə ki, artıq hava limanı ərazisində bu xidmətlər deaktiv edilib.

“London taksil”əri ilə şəhər mərkəzinə gediş haqqı isə 20–25 manat arasında dəyişir. Ancaq bundan əvvəl“Bolt” və “Uber” kimi taksi xidmətləri ilə şəhər mərkəzinə 8-12 manat arası gediş haqqı tələb olunurdu.

Xatırladaq ki, hava limanı tərəfindən ötən günlərdə verilən açıqlamada hər hansı bir məhdudiyyətin olmadığı, mövcud dəyişikliklər olarsa, əvvəlcədən ictimaiyyətə xəbərdarlıq edilcəyi bildirilmişdi. Ancaq görünən odur ki, qurum ictimaiyyəti əvəlcədən məlumatlandırmağı lazım bilməyib və heç bir tender təşkil olunmadan bu fəaliyyətin icrasını yalnız bir operatorun səlahiyyətinə verib. Təbii ki, artıq Azərbaycan reallığında cəmiyyətə qarşı bu cür etinasız davranış qaydaları heç də təəccüb doğuran bir durum hesab olunmamalıdır…(AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Like” və məşhurluq üçün hər oyundan çıxan gənclik – VİDEO

redaktor

“Qarabağa, Liviyaya necə girdiksə, eyni şeyi onlar üçün də edərik” – Ərdoğan

admin

“Pakistan İranı darmadağın edəcək, Azərbaycan bu məsələdə…” – AÇIQLAMA

admin