CəmiyyətQalmaqalTəhsil

Nazirin bəzi çıxışları həm gülməli, həm də biabırçı idi.

Təhsil naziri Emin Əmrulayevin mətbuat konfransına baxırdım.

Əvvəlcə qeyd edim ki, cənab nazirin bu cür təşəbbüsünü müsbət və faydalı bir təcrübə kimi dəyərləndirirəm.

Lakin təəssüf ki, cənab nazirin bəzi çıxışları həm gülməli, həm də biabırçı arqumentlərlə yadda qaldı. O, bu arqumentlərlə nəinki özünü, həm də təmsil etdiyi sistemi rüsvay edir.

Nazir deyir ki, xalq saxta diplomlarla vəzifə tutan insanları qınamalıdır; saxta diplomlara qarşı ictimai qınaq olmalıdır; bu cür şəxsləri tanıyan qohum-əqrəba, dost-tanış da onları tənqid etməlidir.

Təsəvvür edin: ölkədə saxta diplomların verilməsinin qarşısını almaq birbaşa məsuliyyəti daşıyan nazirlik – yəni dövlət qurumu – bu problemin qarşısını ala bilmədiyi üçün məsuliyyəti cəmiyyətin, xalqın üzərinə atır. Bu, absurddur.

Qanunsuz fəaliyyətin qarşısını ala bilməyən nazirlik əvəzinə, indi ictimaiyyəti, xalqı günahkar çıxarır.

 

Murad Sultanlı

Tacxeber.com

Oxşar xəbərlər

Təyyarə qəzasında xəsarət alan Leyla komadan ayıldı – VİDEO

redaktor

Mədəni oğurluq etməkdə məqsəd nədir? – “Tamstore”dan ŞİKAYƏT – VİDEO

redaktor

Dilarə Əliyeva “SOY” prodakşnın rəhbəri oldu

redaktor