Amerikalı iş adamı və milyarder İlon Maskın atası Errol müsahibəsində cəmiyyətin ömrün uzadılmasına marağının artması səbəbindən uzunömürlülük sahəsində araşdırma aparmaq istədiyini bildirib.
Tacxeber.com bu barədə xarici mediaya istinadla yazır.
“İnsanlar cazibə qüvvəsinə deyil, uzunömürlülüyə çoxlu pul yatırmağa hazırdırlar. Ona görə də biz bunu edə bilərik dedim”,- deyə o bildirib.
Errol belə bir araşdırmanın insan ömrünü 120 ilə qədər uzada biləcəyini proqnozlaşdırır. O qeyd edir ki, 1914-cü ilə qədər Avropa qadınları orta hesabla 39 il yaşayırdılarsa, bu gün 87 yaşa qədər yaşayırlar.
İş adamı eyni zamanda bu sahədə tədqiqatların inkişafına töhfə verəcəyinə və bəşəriyyəti kosmos və zaman səyahətinə yaxınlaşdıracağına inandığı Qravitasiya İnstitutunun açılmasına da sadiqdir. Maskın sözlərinə görə, institutun yaradılması təxminən 100 milyon dollara başa gələcək.