Bakıda Ekologiya postu ilə üzbəüz yerdə fəaliyyət göstərən “Evrohome” tikinti bazarında rəhbərlik tərəfindən sahibkarlara qarşı ayrı-seçkilik edilir.
Əldə eolunan məlumatda deyilir ki, “Bazarda çalışan “arendatorlar” demək olar ki, hamısı müflis olub.
Buna səbəb isə bazara heş bir müştərinin gəlməməsidir. Bazar rəhbərliyi aylıq kirayə haqqını son bir ildə bir neçə dəfə qaldırıb. Bundan başqa hər ay bizdən kommunal adı altında pul toplanılır. Hər bir mağaza sahibi hər ay Evrohome bazarına zibil və işıq pulu ödəyir, Bu ödənişlərin əvəzində bizə heç bir qəbz verilmir. Mağazanın kirayə haqqı bir gün gecikəndə isə həmin mağaza rəhbərlik tərəfindən baağlanılır.”.
Sahibkarlar bazarda yaxşı mağazaların “Evrohome” bazarının rəhbərliyi tərəfindən bölüşdürüldüyündən də şikayətçidirlər.
“Evrohome” bazarında bizə kölə kimi baxırlar. Bizim heç bir hüququmuz burada qorunmur. Bazarın ən gözəgəlimli, yol qırağında olan tükanları bazar rəhbərliyinin qohum-əqrabalarına, dostlarına aiddir. Məsələn, burada ən yaxşı mağazalar bazarın sahibi Azay Möhnətovun qardaşı oğlu Yalçına aiddir. Digər bir neçə yaxşı mağaza isə Azay müəllimin Sarvan adlı bacısı oğluna aiddir. 250-yə qədər mağazanın fəaliyyət gödtərdiyi bazarda yeganə market isə bazarın icraçı direktoru tərəfindən dostuna “peşkəş” edilib.Əslində isə onların şərik olduğu barədə söz-söhbətlər gəzir”.
Sahibkarlar qarşılaşdıqları problem barədə bir dəfə də olsun Azay Möhnətovun onları dinləmədiklərini də deyirlər.
Məsələ ilə bağlı “Evrohome” tikinti bazarının rəhbərliyinin mövqeyini dərc etməyə hazırdır. (AzFakt.com)