DünyaHadisəMaraqlı

ABŞ Konqresində UNO(Uçan Naməlum Obyekt) ilə bağlı video nümayiş etdirilib

Bildirilib ki, obyekt raket zərbəsinə tab gətirib. Respublikaçı konqresmen Erik Berlison tərəfindən nümayiş etdirilən videoda dəniz səthi üzərində sürətlə hərəkət edən tanınmamış bir obyekt görünür. Daha sonra bu obyektə başqa bir cisim çırpılır – Berlisonun sözlərinə görə, bu, ABŞ-ın “Reaper” tipli pilotsuz təyyarəsi tərəfindən buraxılan “Hellfire” raketidir. Güman edilən raket UFO-ya çırpıldıqdan sonra ondan yayınıb və obyekt əvvəlki trayektoriyası üzrə uçuşuna davam edib. Bildirilib ki, video 2024-cü il oktyabrın 30-da Yəmən sahillərində “Reaper” pilotsuz uçuş aparatı tərəfindən çəkilib.

Berlison 9 sentyabrda Konqresdə keçirilən dinləmələr zamanı bildirib ki, videoda hansı obyektin əks olunduğu barədə fərziyyələr irəli sürmək niyyətində deyil. Lakin o, belə bir sual verib: “Niyə bizə bu məlumatlara çıxış daim qadağan olunur?” ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) nümayəndələri jurnalistlərə videonun məzmunu, çəkildiyi yer və zaman barədə şərh verməkdən imtina ediblər.

UFO mövzusunda — NASA-nın terminologiyasına görə, tanınmamış anomaliyalar (UAP, unidentified anomalous phenomena) — dinləmələr ABŞ Konqresində bir neçə ildir keçirilir. 2021-ci ildə ABŞ xüsusi xidmət orqanları bəzi atmosfer hadisələrinin izah edilə bilmədiyini göstərən hesabat dərc etmişdi. Bununla belə, hərbçiləri daha çox yadplanetli həyatın mövcudluğu deyil, Rusiya və Çinin mümkün yeni silah sistemləri maraqlandırır. 2022-ci ildə Pentaqonda yalnız havada deyil, bütün sahələrdə anomaliyaları araşdırmaq üçün ayrıca İdarə yaradılıb. (Azadlıq Qəzeti)

Tacxeber.com

Oxşar xəbərlər

Medvedev dilini dişləyib

redaktor

Həbib Nurməhəmmədov ABŞ təyyarəsindən qovuldu – VİDEO

admin

Ərdoğanla Zelenskinin görüşündə DİQQƏTÇƏKƏN DETAL – FOTO

redaktor