19 C
Bakı
07 Noyabr 2025 16:07
DünyaMuharibəSiyasət

Rusiya dronları Polşaya hücum etdi, NATO isə susur.

Bu gecə Polşa hava məkanı Rusiya dronları tərəfindən dəfələrlə pozulub.

Ukrayna müharibəsi başladıqdan bəri ilk dəfə olaraq bir NATO ölkəsi Rusiya hava vasitələrinə qarşı silah tətbiq edib. Rusiya dronları Polşa aviasiyası tərəfindən vurulub.

Baş verənlər və cinayətkar Putin rejiminin azğınlaşması heç şübhəsiz ki, ABŞ başda olmaqla (həm Bayden, həm Tramp dövründə) NATO blokunun acizliyinin birbaşa nəticəsidir. Avropada böyük bir müharibə getdiyi gerçəyini heç cür qəbul etməyən, öz komfort zonasından çıxmaq istəməyən, nəhəng Şər qarşısında bütün bədəlin məzlum və əzabkeş Ukrayna xalqı tərəfindən ödənməsini istəyən gedonist Qərb işğalçını daha da həvəsləndirir.

Putin hazırda NATO-nun 5-ci maddəsini test edir. Davamlı olaraq “mən hakimiyyətdə olsaydım, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi” deyən Tramp hazırda Rusiyanın bir NATO ölkəsinə faktiki hücumunu müşahidə edir. Əgər ABŞ liderliyindəki ittifaq bu maddənin tələblərinə və fəlsəfəsinə uyğun reaksiya ortaya qoymasa, NATO de-fakto çökmüş olacaq.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Erməni mediası İsa Qəmbərin oğlundan yazdı

redaktor

Böyük Çin səddinin kərpiclərini satan ərlə-arvad tutuldu

redaktor

Makronun haqlı xəbərdarlığı.

admin