Dünya

Delsi Rodriqes: ABŞ narkotik ticarətinin mərkəzidir

Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ABŞ-ı qanunsuz narkotik ticarətində əsas rol oynayan ölkə kimi qiymətləndirib və bildirib ki, bu biznesdən əldə olunan gəlirin təxminən 85%-i ölkə daxilində qalır.

Tacxeber.com xəbər verir ki, Rodriqes dövlət televiziyası VTV-də keçirdiyi mətbuat konfransında Vaşinqtonu Karakas barədə ittihamlar irəli sürməkdə tənqid edib:
“ABŞ bu problemi öz ölkəsi daxilində həll etməlidir. Bu, bura gəmilər göndərməkdən qat-qat asan olar,” – deyə vitse-prezident vurğulayıb.

O, həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyətin diqqətini ABŞ-da narkotik ticarətinin qarşısının alınmasına yönəltmək daha effektiv olardı.

 

Tacxeber.com

Oxşar xəbərlər

USQ Rusiyanın ən böyük neft emalı zavodlarından birini vurdu!

admin

Azərbaycanla sərhəddə meymun çiçəyinə İLK YOLUXMA

redaktor

Vanqa 2024-cü il üçün nələri dedi ?

admin