DünyaSiyasət

Türkiyənin də “cib müxalifəti” – Şahin Cəfərli

Türkiyədəki hadisələrə nəzər salanda böyük Sabirin “çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur” misrası yada düşür.

Zaman nehrə kimi çalxalandı və ortaya çıxan mənzərə bundan ibarət oldu ki, sən demə, son illərə qədər ölkənin baş müxalifəti əslində rejimin “cib müxalifəti” imiş. Kamal Kılıçdaroğlu dövründə bu partiyanın ölkədə dəyişiklik etmək, hakimiyyətə gəlmək kimi bir niyyəti, bu məqsədə yönəlmiş siyasəti yoxmuş. Əvvəlcə ona ötürülən korrupsiya dosyeləri ilə müxalifətçilər arasında populyarlaşdırılıb, sonra kaset sui-qəsdi ilə CHP-nin başına gətirilən Kılıçdaroğlu, sadəcə olaraq, verilən rolu məmnuniyyətlə oynayan (və hazırda da oynamağa davam edən) bir fiqur imiş. Bu cümlələr komplo teoriyası kimi görünə bilər, amma hadisələri yaxından izləyənlər üçün həqiqətlər ortadadır. Artıq mənim heç bir şübhəm qalmadı ki, bu adamın prezidentliyə namizədliyi də oynanan teatrın bir pərdəsi olub. (Dönüb geri baxanda o qədər şübhəli, müəmmalı hadisələr göz önünə gəlir ki, bu qədər təsadüf ola bilməz deyirsən).

Uzun sözün qısası, Türkiyə siyasəti alanın razı, satanın (və satılanın) razı olduğu bir realiti-şoudan ibarət idi. Ölkədə dəyişiklik istəyən milyonlar bir illüziyanın içərisində yaşayırdı. Ta ki İmamoğlu ortaya çıxıb qüsursuz işləyən bu çarxa çomaq soxana qədər…

CHP-dəki dəyişiklikdən sonra elə ilk seçkidə əldə olunan qələbə göstərdi ki, ötən dövrdə müxalifətin xronikiləşmiş uğursuzluqları heç də iqtidarda məğlubedilməz bir siyasət ustasının oturmasının nəticəsi deyilmiş. Həqiqi müxalifət (bütün çatışmazlıqları ilə bərabər) meydana çıxan kimi, həmin “usta”nın buna reaksiyasını – Konstitusiya və qanunlara məhəl qoymadan əlindəki dövlət gücündən necə kobudluqla faydalandığını və Türkiyə demokratiyasının gerçək standartlarını gördük, görməyə də davam edirik…

 

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan İslamiada qaliblərini TƏBRİK ETDİ

redaktor

Rus sualtı qayığının batırılması böyük nailiyyətdir – General

redaktor

Xamenei İranın ‘Zəngəzur dəhlizi’nə qarşı olduğunu bir daha vurğulayır

admin