10 C
Bakı
25 Mart 2026 10:32
DünyaİqtisadiyyatSiyasət

Rusiyanın iqtisadi vəziyyəti açınacaqlı istiqamətə yuvarlanır.

Rusiyanın iqtisadi vəziyyəti kəskin pisləşib – büdcə defisiti 61 milyard dollara çatıb

Müharibə iqtisadiyyatı Rusiyanın özünə zərbə vurmağa davam edir: Rusiya büdcəni ixtisar etməyə hazırlaşır, – Financial Times yazır.

Neft və qaz gəlirləri ilin əvvəlindən bəri 20% azalıb, ÜDM-in artımı isə demək olar ki, üç dəfə zəifləyib. Büdcə kəsiri isə planlaşdırılan ÜDM-in 0,5%-i əvəzinə 4,9 trilyon rubl (61 milyard dollar) təşkil edib.

Rusiya Maliyyə Nazirliyi artıq hərbi olmayan sahələrdə – infrastruktur layihələri, klublar və sanatoriyalara subsidiyalar kimi sahələrdə xərcləri azaltmağı müzakirə edir.

İqtisadçılar bildirirlər ki, yaranan “dəliklər” yeni borclanma hesabına və qismən ehtiyat fondundan qarşılanacaq. Qeyd olunur ki, ehtiyat fondunun yarısı artıq müharibəyə xərclənib.

Problemləri daha da dərinləşdirən səbəblər bunlardır:

– İşçi qüvvəsi çatışmazlığı,

– Kömür sənayesində geriləmə,

– Kredit keyfiyyətinin pisləşməsi,

Rublun möhkəmlənməsi (rublun dəyəri artdıqca, neft və qaz satışından büdcəyə daxil olan rubl məbləği azalır, bu da kəsiri bağlamağı çətinləşdirir).

Hətta mümkün atəşkəs halında belə, Rusiya hərbi xərcləri dərhal azalda bilməyəcək, çünki hərbi texnikanın bərpası üçün zavodlara illərlə vaxt lazım olacaq.

Ekspertlər qeyd edirlər ki, Kreml ilk dəfə real büdcə “seçimləri” ilə üzləşir – yəni, hərbi xərclərlə sosial proqramlar arasında seçim etməli olacaq. Bu şəraitdə tənəzzül riski getdikcə daha real görünür. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Britaniyada 10 günlük matəm elan edildi

redaktor

Gəmiçilik tarixinin ən müəmmalı hadisələrindən biri – Yadigar Sadıqlı

admin

Çar Rusiyası sonrası Rusiyanın və SSRİ, Sov. İKP tarixinin qısa kursu ilə tanış olaq.

redaktor