Cəmiyyətİdman

“Qarabağ” Nərimanın durumunu açıqladı – Zədəsi ciddidir

Azərbaycan millisinin düşərgəsində zədə alan və bu səbəbdən heyətdən çıxarılan Nəriman Axundzadənin durumu müəyyənləşib.

Bu haqda  “Qarabağ” klubunun mətbuat xidmətindən məlumat verilib. Tibbi müayinədən sonra futbolçunun zədəsinin ciddi olduğu üzə çıxıb. Onun baldır nahiyəsində dartılma qeydə alınıb.

Bu səbəbdən 21 yaşlı futbolçunun azı 3-4 həftə yaşıl meydandan kənarda qalacağı bildirilib.

Bu o deməkdir ki, N.Axundzadə millinin sentyabrın 9-da Ukrayna ilə matçı ilə yanaşı “Qarabağ”ın Çempionlar Liqasında ən azı “Benfika” ilə ilk oyununu, eləcə də Misli Premyer Liqasında qarşıdakı minimum 3 görüşünü buraxmalı olacaq. (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Hacı Şahin Həsənli: “Heç bir yerdə villam, bağ evim, şirkətim yoxdur”

redaktor

Payızda davamlı olaraq yuxulamaq bu xəstəliklərin əlamətidir – XƏBƏRDARLIQ

redaktor

“Yolda saxlayıb deyirlər hara baxırsınız?” – Məşhur bəstəkar TƏNQİD ETDİ

admin